Yevlaxlı seçicilər inamlı sabaha, İlhamlı gələcəyə səs verəcəklər

28 Mart 2018 11:37 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahının Yevlax rayon şöbəsinin təşviqat qrupu üzvüləri Yevlax Şəhərində Seçicilərin bir qrupu ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə Milli Məclisin deputatı, YAP Yevlax rayon Təşkilatının sədri İlham Məmmədov açıb.

O bildirib ki, Əldə olunan nailiyyətlər ölkədə sistemli şəkildə həyata keçirilən islahatlar nəticəsində iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi sayəsində mümkün olmuşdur. Bütün bunları bilərəkdən mən inanıram ki, hər bir Yevlaxlı seçici öz seçki hüququndan istifadə edərək Yeni Azərbaycan Partiyasının namizədi, xalqın sevimlisi İlham Əliyev cənablarına səs verəcəkdir.

Sonra YAP Yevlax rayon təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev geniş nitq söyləyib. O, qarşıdan gələn Prezident seçkiləri haqqında məlumat verərək seçki günü hər bir seçicinin seçkiyə gəlməyinin vacibliyini vurğulayıb. Qeyd edib ki, cənab İlham Əliyev son 15 ildə Azərbaycan üçün sürətli inkişaf yaratmaqla dünya ölkələri içərisində nüfuz və qüdrətimizi qat-qat artırıb. Hər bir azərbaycanlı kimi, yevlaxlıların da sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Məhz bu amillərə görə xalq Onu özünün böyük dövlət xadimi hesab edir və bu seçkilərdə məhz cənab İlham Əliyevə səs verəcəkdir. Biz azərbaycanlı olaraq fəxr edirik ki, hər bir azərbaycanlının Prezidenti olan Cənab İlham Əliyev yenidən Prezident seçiləcəkdir.

Sonra çıxış edən Təşviqat qrupunun üzvü YAP Yevlax Rayon təşkilatı Qadınlar şurasının sədri Əminə Əhmədova hər bir azərbaycanlının prezidenti cənab İlham Əliyevin daim xalqın içərisində olub, xalqına göstərdiyi yüksək qayğı və diqqətdən genişliyi ilə bəhs edib. Əhalinin sosial müdafiəsinin güclənməsinə səbəb olan mühüm layihələr reallaşdırılıb, sosial infrastrukturun yenilənməsi istiqamətində nəhəng işlər görülüb. Azərbaycan 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilib, 2015-ci ildə Minillin İnkişaf Məqsədədlərinin icrasında əldə etdiyi nailliyyətlərə görə “Cənub-Cənub” mükafatına layiq görülüb. Bütün bunlar Cənab İlham Əliyevin uğurları, xalqımız üçün xidmətləridir. Biz də seçkilərdə öz əməli işimizlə bunun qarşılığını verməliyik.

Sonda çıxış edən şəhər sakinləri seçicilər İlqar Əhmədov, Rafiq Məmmədov və Eldəniz Məmmədov şəhər sakinləri adından bildiriblər ki, biz artıq öz seçimimizi etmişik. Azərbaycanı işıqlı gələcəyə doğru aparan möhtərəm Prezidentimizin gördüyü işlər həyata keçirdiyi uğurlu inkişaf proqramı danılmazdır. Ona görə də biz hamılıqla 11 apreldə Yeni Azərbaycan Partiyasının vahid namizədinə səs verəciyik.