Sabunçu rayon seçiciləri ilə görüşlər uğurla davam edir

27 Mart 2018 19:54 (UTC+04:00)

YAP Sabunçu rayon təşkilatı Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təşviqat-təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirmişdir.

Görüşü giriş sözü ilə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva açaraq qeyd etdi ki, son 14 ildə ölkəmizdə baş verən sosial-iqtisadi inkişaf Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrindən birinə çevirməkdədir. Ölkə başçısı Cənab İlham Əliyevin yorulmaz və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, bu gün ölkəmiz nəhəng infrastruktur layihələrinin həyata keçirildiyi mərkəzə çevrilib: "Azərbaycan dövləti artıq dünya dövlətləri içərisində etibarlı tərəfdaşdır. İmzalanan neft kontraktları ölkəmizi aparıcı neft ölkələrindən birinə çevirib. Dünyanın əksər dövlətlərində vətəndaş müharibələri, maliyyə böhranları baş verdiyi halda, ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür. Dünyanın aparıcı iqtisadi və maliyyə qurumları hazırda Azərbaycanın uğurlarını qeyd edir, bütün hesabatlarda ölkəmiz öncül mövqelərdən birini tutur. Bütün bunlar ölkə başçısı Cənab İlham Əliyevin Azərbaycan dövlətinin və xalqının rifahı naminə apardığı alternativsiz siyasətin məntiqi nəticəsidir".

Rayon təşkilat sədri çıxışının sonunda bütün seçiciləri Azərbaycanı daha da yüksəkliklərə qaldıracaq Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Dilarə Cəbrayılova, Eldar Quliyev, İqtisad Universitetinin rektoru Ədalət Muradov, rayon seçki qərargahının üzvü Nəriman Salmanov qeyd ediblər ki, Prezidenti İlham Əliyevin rəhbərliyi dövründə əldə olunan uğurlar ölkəmizin parlaq inkişafını təmin edib. Ən müasir tələblərə cavab verən yeni məktəblər, səhiyyə ocaqları, körpülər tikilib. Görülən işlərin Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadını daha da artırır. Bütün bu reallıqlara əsasən, çıxış edənlər Sabunçu rayon seçicilərini Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Nəzakət ƏLƏDDİNQIZI