Ağdaş
11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası Ağdaş rayonunda uğurla davam edir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Qolqəti, Dəhnəxəlil, Ağcayazı, Şəkili və Qoşaqovaq kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə çıxış edən Yeni Azərbaycan Partiyası Ağdaş rayon şöbəsinin sədri, millət vəkili Cavid Osmanov ölkəmizdə keçiriləcək prezident seçkilərinə artıq sayılı günlər qaldığını bildirib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin son 15 il rəhbərliyi altında Azərbaycan böyük inkişaf yolu keçərək, möhtəşəm tarixi nailiyyətlərə imza atıb. Ölkəmizin siması bütünlüklə dəyişib. İnsanların rifah halı yüksəlib, ölkəmizin beynəlxalq nüfuzu daha da güclənib. C.Osmanov son illər Ağdaş rayonunda da görülmüş abadlıq-quruculuq işlərininin hər bir ağdaşlının gözü önündə baş verdiyini və bütün bunların ölkədə gedən sürətli inkişafın bir hissəsi olduğunu qeyd edib. Görülən işlərə rəğmən, ağdaşlıları daha ölkəmizin böyük uğurlara imza atmaq naminə, prezident seçkilərində fəal olmağa, partiyanın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Seçicilər adından çıxış edənlər – Məmmədrəsul Hacıyev, Qənifə Məmmədova, Dilbər İbrahimova, Aşafatma Əhmədova və Mirxalid Yunusov bəyan ediblər ki, onlar hər zaman Yeni Azərbaycan Partiyasının siyasi dəst-xəttini bəyəniblər və bu gün də bu belədir. Odur ki, aprel ayın 11-də Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.

Görüşdə təbilğat qrupunun üzvlərindən Sevgili İbrahimova və İsa Eminov çıxış edərək, 11 aprel 2018-ci ilin ölkəmizdə tarixi bir gün olacağını, bunun üçün səsvermə hüququ olan hər bir rayon sakininin fəallıq nümayiş etdirməsinin vacibliyini vurğulayıblar.
Cəlilabad
Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatı bu ilin aprel ayının 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq ölkə prezidentliyinə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat tədbirlərini davam etdirir. 27 mart 2018-ci il tarixdə cənab İlham Əliyevin təbliğat-təşviqat tədbirləri çərçivəsində rayonun Ləkin, Şatırlı və Komanlı ərazilərində seçicilərlə görüşlər keçirilib.
.jpg)
Ləkin və Şatırlı ərazisində keçirilən görüşlərdə YAP rayon təşkilatının idarə heyətinin üzvü Baxış Mustafayev və şura üzvü Malik Əliyev iştirak etmişlər. Ləkin və Şatırlı ərazilərində keçirilən hər iki görüşü Baxış Mustafayev açıb, keçirilən tədbirin məram və məqsədlərini tədbir iştirakçılarına izah edib, cənab İlham Əliyevin ölkə rəhbəri olduğu dövrdə siyasi sabitliyin və əmin-amanlığın bərqərar olması, ölkə iqtisadiyyatının sürətlə inkişaf etməsi, bütün sahələrdə islahatların aparılması, Azərbaycanın beynəlxalq nüfuzunun xeyli artması və bütün dünyada tanınması, ölkə əhalisinin əmək haqlarının və təqaüdlərinin demək olar ki, hər il artırılması, Azərbaycanın regionda lider dövlətə çevrilməsi və s. məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb və bütün seçiciləri seçkilər günü cənab İlham Əliyevin namizədliyini dəsdəkləməyə çağırıb.
.jpg)
Ləkin kənd ərazisi üzrə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Əzizağa Quliyev, təqaüdçü İsmiəli Abasov, təhsil işçiləri İdman Quliyev, Aydın Nuriyev, Zülfü Məcidov, torpaq mülkiyyətçiləri Asif Quliyev, Mirələm Kazımov, həmçinin Şatırlı kənd ərazisində çıxış edən ərazi ilk təşkilatının sədri Firidun Quliyev, təhsil işçisi Malik Mehdiyev , ağsaqqal Vəlixan Məmmədov, torpaq mülkiyyətçisi Tofiq Ağayev və başqaları çıxışlarında ölkə rəhbəri cənab İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirmiş, onun siyasətini dəsdəklədiklərini qeyd etmiş, seçkilər günü yekdilliklə cənab İlham Əliyevə səs verəcəklərini bəyan etmişlər.
.jpg)
Komanlı kənd ərazisində keçiriləntədbirdə YAP rayon təşkilatı idarə heyətinin üzvü Etibar Sadığov seçicilərlə görüşü açmış, seçki kampaniyasının başlanması ilə əlaqədar YAP rayon təşkilatının həyata keçirdiyi təbliğat-təşviqat tədbirləri barədə iştirakçıları məlumatlandırmış, bu günkü tədbirin də seçki təbliğatı çərçivəsində cənab İlham Əliyevin təbliğat-təşviqat tədbirlərinə həsr olunduğunu seçicilərə izah etmişdir.O, qeyd etmişdir ki cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 ilə yaxın dövr ərzində Azərbaycanın siması müsbətə doğru tam dəyişmiş, iqtisadiyyatın bütün sahələrində yüksək inkişafa nail olunmuş, ölkənin müdafiə qüdrəti xeyli yüksəlmiş, əhalinin pul gəlirləri ilbə-il artmış, paytaxt Bakıda və ölkənin bütün regionlarında sürətli tikinti ,abadlıq , quruculuq işləri sürətlə aparılmış və davam etdirilir, ölkədə siyasi sabitlik və əmin-amanlıq hökm sürür.Bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində əmələ gəlmişdir.Ümumiyyətlə mənə elə gəlir ki, cənab İlham Əliyevin ölkənin inkişafında həyata keçirdiyi tədbirləri daha geniş şəkildə diqqətinizə çatdırmağa çox da böyük ehtiyac yoxdur.Çünki onun həyata keçirdiyi tədbirləri hamınız yaxşı bilirsiniz. Odur ki, mən YAP rayon təşkilatı adından əmin olduğumu bildirirəm ki, siz hamınız 11 aprel 2018-ci il seçkilərində fəal iştirak edəcək və cənab İlham Əliyevi yekdilliklə dəsdəkləyəcəksiniz.
.jpg)
Tədbirdə çıxış edən kənd ağsaqqaları İsmayıl Kərimov, Yusif Yusifov, Hafiz Şahmarov, Mirhəşim Şərifov, ərazi ilk partiya təşkilatının sədri Sakit İmanov, təhsil işçiləri Elnarə Qubadova, Bəhruz Səmidov, Sultanağa Ağayev, Əlisəfa Cabbarov və başqaları ərazinin seçicilərinin iradəsini ifadə edərək seçkilər günü bütün seçicilərin mütləq əksəriyyətinin cənab İlham Əliyevin namizədliyini dəsdəkləyəcəklərini bəyan ediblər.
Goranboy
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərində YAP-ın namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını böyük uğurla seçicilərin yüksək siyasi fəallığı şəraitində davam etdirir. Rayonun Qızılhacılı, Boluslu kəndində təbliğat qrupunun üzvləri seçicilərlə görüş keçirib. Görüşü YAP rayon təşkilatının sədri Elçin İsmayılov açaraq seçiciləri salamlayıb və cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sosial–iqtisadi inkişafdan danışıb. Qeyd edib ki, ölkəmiz son on beş il ərzində daha sürətlə inkişaf edib, regionun lider dövlətinə çevrilib. Əldə olunmuş nailiyyətləri respublika əhalisi yüksək səviyyədə qiymətləndirir. Əhalinin rifah halı günü-gündən yaxşılaşır, yeni iş yerlərinin açılması işsizlik səviyyəsinin xeyli azalmasına səbəb olub. Regionların sürətli inkişafı şəhərlə kənd arasında fərqin aradan qaldırılmasına səbəb olur. Xalqımız inanır ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcəkdir.

Tədbirdə Qızılhacılı qəsəbə sakinləri Eldar Orucov, Samirə Dosiyeva, Yusif Həsənov, Mətanət Əliyeva çıxış edərək 11 aprel 2018-ci il Prezident seçkilərində seçki məntəqələrinə gələrək İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbir Boluslu kəndində davam etdirilib. Tədbiri YAP rayon təşkilatının sədri Elçin İsmayılov açaraq Prezident İlham Əliyevin 14 illik fəaliyyəti barədə geniş məlumat verib. Tədbirdə kənd tam orta məktəbin direktoru Nəsimi Süleymanov, kənd ağsaqqalı Eyyub Eyyubov, Qərargah üzvü Şahin Allahverdiyev çıxış ediblər.

Rayonun Zeyvə, Şəfəq və Qaraçinar kəndlərində təbliğat kampaniyası yüksək səviyyədə keçirilib. Tədbiri YAP rayon təşkilatının sədr müavini Əzra Həşimova açaraq seçiciləri salamlayıb və seçkilərdə əhalini fəal olmağa səsləyib .
Tədbirdə Nemət Abbasov, Leyla Eliyeva, Kamran Məmmədov, Həmayə Eyyubova çıxış edərək seçiciləri Azərbaycanı işıqlı gələcəyə aparan İlham Əliyevə səs verməyə səsləyiblər.