Şirvanlılar sabitliyə, inkişafa, tərəqqiyə səs verəcəklər!

27 Mart 2018 18:19 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının Şirvan şəhər şöbəsinin təşviqat qrupu 11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkisi ilə bağlı şəhər sakinləri ilə görüşlərini davam etdirir. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, 27 mart 2018-ci il tarixdə Şirvan şəhərinin Çılpaqlı yaşayış massivində təşkil olunan təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşən YAP Şirvan şəhər təşkilatının sədri Samid Abıyev, sədr müavini Paşa Nəbiyev və 1 saylı orta məktəbin direktoru Rəfiqə Rzayeva çıxış edərək İlham Əliyevin prezidentlik dönəmində ölkəmizin hərtərəfli dinamik inkişafından danışıblar və bu inkişafın Şirvan şəhərini də əhatə etdiyini bildiriblər.

Qeyd olunub ki, insanların maddi rifah halı yüksəlib və sabitlik, əmin-amanlıq qorunub saxlanılıb. Ona görə də şirvanlılar İlham Əliyevə səs verməklə sabitliyə, inkişafa, tərəqqiyə səs verəcəklər.

Görüşdə 150 nəfər seçici iştirak edib.

İqbal Mikayılov