İlham Əliyevlə zəfərlərə doğru addımlayaq!

27 Mart 2018 16:37 (UTC+04:00)

Quba

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Quba rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat kampaniyası uğurla davam etdirilir. Dünən rayonun Zərdabi inzibati ərazi dairəsində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov çıxış edərək bildirib ki, Azərbaycan cəmiyyətinin əksəriyyəti Prezident İlham Əliyevə dərin inam və etimad bəsləyir: "Xalqımız Prezident İlham Əliyevin növbəti möhtəşəm qələbə qazanacağına əmindir", - deyən rayon təşkilatının sədri onu da vurğulayıb ki, ötən 15 il ərzində həm daxili, həm də xarici siyasət ölkəmizin milli maraqlarına uyğun həyata keçirilib, Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib. Bu gün Azərbaycanın sürətli iqtisadi inkişafı, təşəkkül tapmış möhkəm ictimai-siyasi sabitlik bir çox dünya ölkələrinə nümunədir".

Y.Abidovun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasət xalqımız tərəfindən dəstəklənir və insanlar növbəti 7 ildə də Cənab İlham Əliyevi dövlət başçısı kimi görmək istəyirlər. Qarşıdan gələn prezident seçkilərində də partiyamızın Sədri, dövlət başçısı İlham Əliyevin qələbəsi şübhə doğurmur. "Çünki ötən 15 il ərzində ölkəmizdə həyata keçirilən uğurlu siyasət xalqımız tərəfindən birmənalı şəkildə dəstəklənir", - deyən təşkilat sədri əlavə edib ki, Azərbaycan xalqı YAP-ın Sədri İlham Əliyevə dərin inam və etimad bəsləyir, qarşıdan gələn seçkilərdə fəal iştirak edərək, məhz Onun namizədliyini dəstəkləyəcək. Seçiciləri qarşıdan gələn prezident seçkilərində fəal iştirak etməyə və partiyamızın namizədi İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən rayon şöbəsinin təbliğat qrupunun üzvləri Həsən Günəşli, Elza Orucova, Allahverdi Xudaverdiyev, Hüseyn Kərimov bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində abadlıq-quruculuq işləri gedib, bölgələrimizin siması dəyişib. Dövlət başçısının gördüyü işlər Ona xalqın inamını daha da gücləndirir. Qeyd olunub ki, ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür. İnkişaf o yerdə baş verir ki, orada sabitlik olsun. Sabitlik və inkişaf baxımından da Azərbaycan dünyaya nümunədir. Bütün bu uğurların davamlı olması üçün seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Ağdam

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdam rayon şöbəsi Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Quzanlı qəsəbə Mədəniyyət evində mədəniyyət işçiləri ilə görüş keçirilib.

Seçicilər qarşısında çıxış edən YAP Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev ölkə Prezidenti İlham Əliyevin son on beş ildə Azərbaycanın iqtisadi, siyasi, mədəni və digər sahələrdə əldə etdiyi uğurlardan, beynəlxalq aləmdə qazandığı nailiyyətlərdən geniş və hərtərəfli seçicilərə məlumat verib. Qeyd edib ki, Prezident İlham Əliyev ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inkişaf kursu ilə, davamlı və dayanıqlı iqtisadi tərəqqiyə, ölkənin potensialının güclənməsinə, dövlətçiliyin daha da möhkəmləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş siyasəti ilə Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməsi məqsədinə doğru inam və böyük uğurla aparır. "Bu zəfərlərə doğru gəlin birlikdə addımlayaq! Azərbaycanı Cənab İlham Əliyev müdrik siyasəti ilə qələbələrdən qələbələrə aparaq!" – deyən rayon təşkilat sədri əldə olunan nailiyyətlərin davam etdirilməsi üçün seçiciləri seçki prosesində fəal olmağa və İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə rayon təbliğat qrupunun üzvüləri Hüseyn Bayramov, Şahin Qasımov, Milli Məclisin deputatı, YAP Mərkəzi Qərargahının təbliğat qrupunun üzvü Bəxtiyar Sadıqov və Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyev çıxış edərək bildiriblər ki, Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir. İnkişafın Azərbaycan modelinin mövcudluğu beynəlxalq səviyyədə dəstəklənir. Sağlam düşüncəli ictimai rəy bu tərəqqinin, uğurların, qələbənin sayını çoxaltmaq və davamlılığına nail olmaq istəyir. Qeyd olunub ki, İlham Əliyev siyasəti hər zaman bəyənilib, dəstəklənib, bundan sonra da dəstəklənəcək. Çıxış edənlər bildiriblər ki, 11 Apreldə bu reallıq bir daha öz təsdiqini tapacaqdır.

Beyləqan

27 Mart 2018-ci il tarixdə Milli Məclisin deputatı Şahin İsamyılov, YAP Beyləqan Rayon Təşkilatının Sədri Rafail Pəsiyev və seçki qərargahının üzvləri Müşfiq Səfərov və Sabit Mehdiyev Beyləqan Rayonunun Tatalılar və Eyvazalılar kəndlərinin seçiciləri ilə təbliğat-təşviqat kampaniyası ilə əlaqədar tədbirlər keçirdilər. Keçirilən tədbirlərdə əhali yüksək əhval-ruhiyyə ilə iştirak edirlər. Beyləqanlılar bildirirlər ki, biz artıq öz seçimimizi etmişik: "Biz hamılıqla 11 aprel 2018-cil tarixdə keçirələcək Prezident seçkilərində Prezidentimiz Cənab İlham Əliyevə səs verəcəyik".

Siyəzən

27.03.2018-ci il tarixdə Siyəzən rayonu Beşdam kəndində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Siyəzən rayon şöbəsi seçicilərlə görüş keçirib. Tədbiri açan YAP Mərkəzi Seçki Qərargahı Siyəzən rayon şöbəsinin sədri Etibar Heydərov bildirib ki, bu gün ölkənin bütün bölgələrində cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlər uğurla davam edir.

Etibar Heydərov çıxışında son illərdə ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurların saysız–hesabsız olduğunu qeyd edərək vurğulayıb ki, görülən işlər cənab İlham Əliyevin 11 aprel 2018- ci il prezident seçkilərində qələbəsinə tam zəmin yaradır.

Beşdam kənd seçiciləri çıxış edərək 11 aprel 2018-ci ildə seçki məntəqələrinə gələrək sabitliyə, uğurlu gələcəyə səs verəcəklərini bildiriblər.