Qobustan
27 mart tarixində Qobustan rayonunun Təhsil işçiləri ilə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsində növbəti görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsinin və YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev bildirib ki, bu gün ölkənin bütün bölgələrində cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlər uğurla davam edir.
Füzuli Gülaliyev xüsusilə burğulayıb ki, ziyalıları xalqın düşünən beyni, vuran ürəyi, dövlətin aparıcı qüvvəsi hesab edərək onlara xüsusi diqqətlə yanaşan ulu öndər Heydər Əliyev bildirirdi ki, görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, təhsilini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər. 1990-cı illərdə Azərbaycandakı xaosu aradan qaldıraraq gələcək üçün planlarını ilk olaraq açıqlayan Ulu Öndərin elmə, təhsilə göstərdiyi diqqəti davam etdirən Prezident İlham Əliyevin bütün sahələrdə apardığı islahatların elmin, təhsilin inkişafında da hiss olunması həm də milli təfəkkürün formalaşmasına, azərbaycançılıq ideyasının möhkəmlənməsinə göstərilən qayğıdır. Füzuli Gülaliyev iştirakçıların nəzərinə çatdırdı ki, ölkədə elmin, təhsilin inkişafının nəticəsidir ki, ən güclü potensiala malik elm, təhsil ocağı da Azərbaycandadır və ölkə iqtisadiyyatının elmin əsasları ilə inkişafına xidmət edəcək bu işlərin müəllifi isə cənab İlham Əliyevdir. Bu gün Qobustan sakinləri bilir ki, cənab Prezidentin rəhbərliyi ilə yeni-yeni məktəblər tikilib istifadəyə verilib. Onlarla məktəb binası cari təmir edilərək şagirdlərin təkrar istifadəsinə verilib. Gələcəkdə də yeni məktəblərin tikilməsi nəzərdə tutulub. Bu işlər bir daha göstərir ki, cənab Prezidentimiz İlham Əliyev Qobustan rayon təhsilinin inkişafını heç vaxt nəzərdən qaçırmır. Yeni iş yerlərinin açılmasına, bağçaların tikilməsinə vəsaitlər ayırmaqla rayonun bu sahədə çalışan əhalisinə böyük köməklik göstərilir. Bütün bu qeyd olunanları nəzərə alaraq Füzuli Gülaliyev, 11 aprel 2018-ci ildə sabitliyə, əmin-amanlığa, tərəqqiyə, güclü liderə- İlham Əliyevə səs verəcəklərini qeyd edib.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsinin üzvüləri Ruslan Şahbazov, Tahir Şıxaliyev, Əlisa Hacıyev, Təbliğat-təşviqat qrupunun üzvü Abgül Babayev, Bəyim İsmayılova və digərləri Cənab İlham Əliyevin daxili və xarici siyasətini bəyəndiklərini qeyd etməklə, cənab Prezidentin Azərbaycan təhsilinə göstərdiyi qayğı və diqqətdən geniş məlumat verərək ona öz minnədarlıqlarını bildirməklə, təhsil sahəsində çalışan bütün seçicilərin iradəsini ifadə edərək 11 aprel 2018-ci ildə seçki məntəqələrinə gələrək güclü liderə, İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.


Şəki
11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərinin təbliğat – təşviqat kampaniyası çərçivəsində 1490 nəfərdən yuxarı seçicisi olan Şəki rayonu Baltalı kəndində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin təbliğat qrupunun iştirakı ilə seçicilərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin sədri Həsən Həsənov açaraq prezidentliyə namizəd Cənab İlham Əliyevin 2003-2018-ci illər ərzində ölkə Prezidenti kimi gördüyü titanik işlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin müdirik, məqsədyönlü siyasəti nəticəsində son 15 ildə Azərbaycan çox böyük uğurlara imza atıb. O əmin olduğunu bildirib ki, Baltalı kənd seçiciləri 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verəcəklər
Tədbirdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin təbliğat qrupunun üzvləri Kamil Məmmədov, Sədrəddin Bədiyev və Şahid İsmayılov çıxış edərək prezidentliyə namizəd Cənab İlham Əliyevin həyat və fəaliyyəti, eyni zamanda ölkəyə rəhbərlik etdiyi 15 il ərzində gördüyü işlər, Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın rifahı naminə sonsuz xidmətləri barədə ətraflı məlumat verib, seçiciləri bu uğurların davam etdirilməsi üçün Cənab İlham Əliyevə səs verməyə çağırıblar. Tədbirdə çıxış edən seçicilər kənd sakinlərinin artıq öz seçimlərini etdiklərini, 11 aprel tarixdə xalqımızın layiqli oğlu İlham Əliyevə səs verəcəklərini bildiriblər.


Ucar
Martın 27-də prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ucar rayon şöbəsirayonun Qazqumlaq kəndində böyük mitinq keçirib. Mintinqdə Qazqumlaq kənd sakinləri, ziyalılar, qadınlar, gənclər və ağsaqqallar aktiv iştirak ediblər.
Mintinqi giriş sözü ilə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq qeyd edib ki, Azərbaycan xalqı fəxr edir ki, onun Prezident İlham Əliyev kimi parlaq dövlətçilik istedadına, mühüm beynəlxalq nüfuza, ümumxalq məhəbbətinə, böyük quruculuq təcrübəsinə, düşünülmüş qətiyyətə malik görkəmli dövlət rəhbəri var. «Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir»-deyə qeyd edən Ş.Abdullayeva seçki günü hər kəsi Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Təbliğat qrupunun üzvüləri Alı Babayev, Zeynal Bayramlı və Rahib Rəsulov çıxış edərək Prezident İlham Əliyev bütün fəaliyyətində Heydər Əliyev ideyalarına sadiqdir və Ümummilli Liderimizin müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam və inkişaf etdirdiyini qeyd etdilər və seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi, cənab İlham Əliyevə səs verməyə çağırdılar.
Seçicilər adından Rafiq Rəhimov, Elxan Eminov və Tağı Nəbiyev çıxış edərək İlham Əliyev Azərbaycanı daha işıqlı gələcəyə apardığını vurğuladılar və seçkilərdə İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan ediblər.


YAP Astara rayon təşkilatı “İlhamla İrəli” Şüarı ilə təbliğat-təşviqat kompaniyasını uğurla davam etdirir. 26 mart 2018-ci il tarixdə YAP Astara rayon təşkilatı 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində YAP-nın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kompaniyası böyük uğurla, seçicilərin yüksək siyasi fəallığı şəraitində davam etdirilir.
Kompaniya çərçivəsində rayonun Şüvi kəndində seçicilərlə görüş keçirilib.
Tədbiri YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov açaraq cənab İlham Əliyevin dünyada yaxşı tanındığını, ölkəmizin hərtərəfli inkişafında onun böyük rolunu, diqqəti və qayğısını xüsusi vurğulayıb və seçicilərin 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin siyasətinə, bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Tural Eyvazov çıxış edərək bildirib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb. Azərbacyan bu gün dünyada dinamik iqtisadi inkişafa malik olan, həmçinin yerləşdiyi regionun lider dövləti kimi tanınır. Astara gəncləri hər zaman Prezident İlham Əliyevi dəstəkləyib və aprelin 11-də bir daha bu mövqeyimizi nümayiş etdirəcəyik.
Tədbirdə çıxış edən Şüvi kənd 2 saylı bağçanın müdiri Günel Məmmədova, Şüvi kənd orta məktəbinin müəllimi Əvəz Cümşüdov və başqaları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin nəticələrindən bəhs ediblər və hamılıqla 11 apreldə Yeni Azərbacyan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.


Zerdab
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsi təbliğat-təşviqat qrafiki üzrə yerlərdə seçicilərlə görüşlərini davam etdirir. YAP Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvlərinin seçicilərlə növbəti görüşü Zərdab rayonunun Şahhüseynli kəndində keçirilib.
Görüşü Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Pərvin Mahmudova açaraq 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkiləri barədə məlumat verib. Pərvin Mahmudova, eyni zamanda, seçiciləri Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd cənab İlham Əliyevin seçki proqramı ilə tanış edib. Cənab İlham Əliyevin 2003-2018-ci illərdə gördüyü işlərin qısa xilasəsini seçicilərin diqqətinə çatdıran Pərvin Mahmudova bu illər ərzində Azərbaycanın hərtərəfli inkişafa nail olduğunu, qarşıda isə yeni hədəflərin,perspektivlərin dayandığını vurğulayıb.
Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Vüsalə Kərimova, Zabit Davudov, Ruslan Nemətov, Vəfa Bayramova, Mübariz Umarov, Mayisə Xəlilova Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərindən, Regionların inkişafına verdiyi töhfələrdən, həmçinin Zərdab rayonda görülən quruculuq-abadlıq işlərindən danışıblar.
Görüş də seçicilər adından çıxış edən kənd sakinləri Tamam Xaspoladova, Ataş Musayev çıxış edərək, seçimlərinin qəti və dəyişilməz olduğunu qeyd edərək bildiriblər ki, növbəti 7 ildə daha böyük nailiyyətlərin qazanılması naminə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevə etimad göstərəcək, bundan sonrakı yüksəliş zirvələrini onunla birlikdə fəth edəcəklər.

