Bu gündən azərbaycanlı zəvvarların Həcc ziyarətinə yola salınmasına başlanılıb
2 Noyabr 2010 18:03 (UTC+04:00)
Bu gündən azərbaycanlı zəvvarların Həcc ziyarətinə yola salınmasına başlanılıb. SİA-nın verdiyi xəbərə görə, artıq Bakının "Azadlıq" meydanından 22 avtobus (681 zəvvar) Hacı olmaq üçün yola düşüb. Sabah isə daha 24 avtobus (780 zəvvar) Azərbaycandan Məkkəyə yola düşəcək.
Qeyd edək ki, umumilikdə karvanlarda 46 avtobus olacaq. Təyyarə ilə gedənlər isə noyabrın 2,3,4 və 5-də yola düşəcəklər. Təyyarə ilə gedənlərin sayı 800 –dür.
Xatırladaq ki, Qurban Bayramı bu il noyabrın 16-17-də qeyd ediləcək.