İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi artıq Bakıdadır

2 Noyabr 2010 17:25 (UTC+04:00)

İran İslam Respublikası xarici işlər nazirinin müavini, prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadənin Bakıya səfəri başlayıb. SİA-nın xəbərinə görə, səfərin məqsədi xarici işlər nazirlərinin Xəzər məsələləri üzrə müavinlərinin IV iclasında iştirak etməkdir.

 

Qeyd edək ki, keçiriləcək iclasda təhlükəsizlik məsələləri müzakirə olunacaq və Xəzəryanı dövlətlərin prezidentlərinin zirvə görüşünün yekun bəyanatı hazırlanacağı gözlənilir.