Uğurlu sabahımıza "İlhamla İrəli"

26 Mart 2018 17:27 (UTC+04:00)

Qusar

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qusar rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində dünən rayonun Mucuq və Həızrə kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək, Yeni Azərbaycan Partiyasının Lideri və vahid namizədi, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycanın qazandığı möhtəşəm tarixi nailiyyətlər, ölkəmizdə həyata keçirilən genişmiqyaslı və çoxşaxəli işlər, eləcə də qarşıda duran strateji hədəf və məqsədlər haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, bu müddət ərzində Azərbaycan xalqının Liderinə çevrilən Cənab İlham Əliyev müstəqil Azərbaycan dövlətinin Qurucusu və Banisi Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirərək, onu müasir tələblər və çağırışlar nəzərə alınmaqla, daha da təkmilləşdirmiş, həm ölkə daxilində, həm də xarici siyasət sahəsində xalqımızın milli mənafelərinə müvafiq olaraq həyata keçirdiyi genişmiqyaslı islahatları ilə ümumxalq dəstəyi qazanmışdır.

Rayon təşkilatının sədri bu inkişaf və tərəqqini yüksək dəyərləndirərək, 11 aprel prezident seçkiləri günü seçiciləri, seçki məntəqələrinə gələrək, Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə YAP Mərkəzi Seçki Qərargahının Qusar rayon şöbəsinin qərərgah üzvləri General Sadulov, Kamil Sultanov və başqaları çıxış edərək, prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən elm, təhsil, mədəniyyət, gənclər və idmanın inkişafı sahəsində aparılan siyasətdən danışdılar. Bildirildi ki, 15 il ərzində ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının tətbiqi ilə həyata keçirilən islahatlar, infrasturuktur layihələri dövlət başçısının 2003-cü ildən bu günədək olan fəaliyyətinin məntiqi nəticəsidir. Çıxış edənlər İLHAMLA İRƏLİ səslənərək, seçicilərə 11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində partiyanın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırış etdilər.

Zaqatala

11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahı Zaqatala rayon şöbəsi Kebeloba kənd seçiciləri ilə görüş keçirib. Görüşlərdə 300-ə yaxın seçici iştirak edib.

Seçicilərlə görüşdə YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində, ölkəmizin son illərdə qazandığı uğurlardan danışıb. O bildirib ki, artıq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən prezident seçkilərinə az bir müddət qalıb. H.Qurbanov seçiciləri Ulu Öndər Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən YAP Zaqatala rayon təşkilatının sədr müavinləri Xanım İsayeva, Əsgər Məmmədov, təbliğat qrupunun üzvləri Tahir Məmmədov, Ədalət Novruzova, Gülnigar Məmmədova, Kəmalə Əhmədova və başqaları Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərindən, həmçinin, rayonda görülən quruculuq-abadlıq işlərindən danışıblar. İnsanların həyat səviyyələrinin yaxşılaşdırılması istiqamətində atılan addımlara görə, Cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vurğulayıblar ki, 11 aprel tarixində keçiriləcək seçkilərdə Cənab İlham Əliyevi dəstəkləyəcəklər.

Kənd ağsaqqalları və ziyalılar çıxış edərək, artıq seçimlərini etdiklərini, hamılıqla partiyanın namizədi Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Zaqatalanın Qımır, Çobankol Bazar kənd seçiciləri ilə keçirilən növbəti görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Zaqatala rayon şöbəsinin sədri Habil Qurbanov Yeni Azərbaycan Partiyasının namizədi, Cənab İlham Əliyevin 2003-2018-ci illərdə ölkəyə başçılıq

etdiyi müddətdə Azərbaycanın bütün sahələr üzrə sürətli inkişaf yolu keçdiyindən, bu gün vətənimizin dünyada sayılıb-seçilən ölkələrlə bir sırada qərarlaşmasından, əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan qətiyyətli addımlardan, ölkənin siyasi, iqtisadi, mədəni və sosial sahələrində aparılan islahatlardan danışıb.H.Qurbanov seçiciləri prezident seçkilərində partiyanın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rafael Hüseynov seçicilərin seçiminin Prezident İlham Əliyev olacağına şübhə etmədiyini deyib. Onun sözlərinə görə, son illərdə həyata keçirilən abadlıq-quruculuq işləri rayonların, kəndlərin inkişafında mühüm rol oynayıb, bir sıra təhsil, səhiyyə və mədəniyyət ocaqları təmir olunub. Ölkə vətəndaşlarının rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Milyonlarla yeni iş yerləri açılıb və Azərbaycan turizm mərkəzinə çevrilib. Qeyd edib ki, Cənab İlham Əliyevə səs vermək, möhtəşəm nailiyyətlərin davamlı olmasına, iqtisadiyyatımızın daha da inkişafına, vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəlməsinə səs vermək deməkdir. Millət vəkili bir daha seçiciləri 11 apreldə YAP-ın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Seçicilər adından çıxış edən kənd ağsaqqalı Məhərrəm Məmmədov bildirib ki, Azərbaycanın daha da inkişafı naminə Cənab İlham Əliyevə səs verəcəklər.

İsmayıllı

YAP Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsi Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təşviqat-təbliğat kampaniyası çərçivəsində Xanagah, Qurbanəfəndi və Qalacıq kəndlərində seçicilərlə görüş keçirib.

Tədbirləri giriş sözü ilə YAP Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsinin sədri Sevil Əhmədova açaraq qeyd edib ki, böyük uğurlarla zəngin olan son 15 il ərzində əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi prinsiplərə əsaslanan çoxşaxəli sosial-iqtisadi inkişaf strategiyası inamla davam etdirilmiş, müstəqil Azərbaycan Respublikası bütün həyati əhəmiyyətli sahələrdə dinamik tərəqqi yolu keçmişdir. Hələ 2003-cü ilin prezident seçkilərində xalqımızın mütləq əksəriyyətinin etimadını qazanaraq, dövlət başçısı seçilmiş Cənab İlham Əliyev respublikamızın yeni dövr prioritetlərini açıqlamış, çevik və işlək mexanizmlər üzərində proqressiv islahatları reallaşdırmaqla dərin ictimai rəğbət qazanmış, hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu sübuta yetirmişdir.

YAP İsmayıllı rayon təşkilatının idarə heyətinin üzvləri Zaur Muradov, Valeh Salehov və Sərdar Yəhyayev çıxış edərək, qeyd ediblər ki, Ümummilli Liderimiz Heydər Əliyevin xarici siyasət kursunun davamlılığının təmin olunması nəticəsində, ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə daha da inkişaf etdirilmişdir. Dəqiq müəyyənləşdirilmiş prioritetlər, elmi əsaslara söykənən fundamental qərarlar, diplomatik münasibətlərdə balanslaşdırma prinsipinin qorunması, Azərbaycanın etibarlı tərəfdaş kimi, beynəlxalq imicini daha da möhkəmləndirmişdir. 15 il müddətində atılan məqsədyönlü addımlar, imzalanan çoxsaylı dövlət proqramları, fərman və sərəncamlar dövlət başçısının xalqın mənafeyinin daim qorunmasını öz fəaliyyətinin başlıca prinsipi kimi götürdüyünü bir daha təsdiqləmişdir.

Daha sonra kənd sakinləri Vəzirxan Fətəliyev, Tükəzban Balalıyeva, Fikrət Bədirov, Nadir Balayev və başqaları çıxış edərək, qeyd etdilər ki, onlar bütün seçki kampaniyalarında fəal şəkildə iştirak ediblər və Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin yürütdüyü siyasətdən

razıdırlar. Məhz 11 apreldə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində də bunun qarşılığı olaraq Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.

ZÜMRÜD