Yanğında ölən 25 nəfərin meyiti tanınıb

27 Mart 2018 09:02 (UTC+04:00)

Rusiyanın Kemerovo şəhərində bazar günü ticarət mərkəzində baş verən yanğında ölən 25 nəfərin meyiti tanınıb, onlardan 13-ü uşaqdır. RİA Novosti agentliyi xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Veronika Skvortsova məlumat verib.

O bildirib ki, hazırda xəsarət alanların sayı 60 nəfədir, onlardan 15-nin müalicəsi xəstəxanalarda davam etdirilir