Çexiyanın Baş naziri: "Rus kəşfiyyatçılarını qovacağıq"

26 Mart 2018 22:17 (UTC+04:00)

"Skripal hadisəsi ilə bağlı Çexiyadan diplomatlar yox, qeydə alınmamış kəşfiyyatçılar çıxarılacaq."

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Çexiya Baş naziri Andrey Babiş paylaşıb. Onun sözlərinə görə, hazırda Avropada diplomatik fəaliyyət adı altında ən çox kəşfiyyatçı məhz Praqada fəaliyyət göstərir:

"Rusiya tərəfi bizi "Noviçok" qazının istehsalında günahlandırıb. Bu insafsız yalandır. Britaniya bizə güvənə bilər. Britaniya Avropa Birliyindən çıxır, amma biz elə etməliyik ki, Avropa güclü və vahid qalsın".