Bu gün Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Nəsimi rayon şöbəsinin Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində səhiyyə işçiləri ilə görüşü keçirilib. Tədbirdə 350-dən seçici iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Məlahət İbrahimqızı ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nail olduğu möhtəşəm tarixi nailiyyətlərdən, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə möhkəmlənməsindən, sürətli iqtisadi inkişafa nail olmasından danışıb. Qeyd edib ki, Prezident İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın milli maraqlarını, vətəndaşlarının mənafeyini müdafiə edib. Onların sosial rifah halının daha da yaxşılaşdırılması daim diqqətdə olub, uğurlu sosial siyasət həyata keçirilib. Azərbaycanın daxili imkanları genişləndikcə, sosial sahələrə də diqqət artdığını bildirən rayon təşkilat sədri ölkə daxilində görülən işlərin müasir səviyyədə həyata keçirildiyini diqqətə çatdırıb: "Əlbəttə ki, dünyanın inkişaf etmiş ölkələri sırasında yeri olan Azərbaycanın sürətli inkişafı bütün sahələrdə özünü büruzə verir. Təhsil ocaqlarının, uşaq bağçalarının, səhiyyə ocaqlarının yenidən qurulması, təmiri və inşası istiqamətində də davamlı olaraq işlər görülür. Bu gün inkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkəmizin əsas inkişaf göstəriciləridir. Bu uğurlar ölkəmizdə hökm sürən sabitliyin və əmin-amanlığın mövcudluğunu təsdiqləyir".
Rayon təşkilatı sədri bütün bu uğur və nailiyyətlərin Cənab Prezidentin rəhbərliyi ilə gerçəkləşdiyini bildirərək, seçiciləri bu firəvan həyatın davamlığı üçün bütün azərbaycanlıların lideri İlham Əliyevə səs verəməyə çağırdı.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Nəsimi rayon şöbəsinin seçki qərargahının üzvü Sabir Əliyev qeyd etdi ki, ölkə Prezidenti İlham Əliyevin dövlətimizin inkişafı, əhalinin sosial-rifah halının yaxşılaşdırılması naminə apardığı məqsədyönlü fəaliyyəti hamımızın gözü qarşısındadır. Tikilən yeni məktəblər, səhiyyə ocaqları və müasir
görünüşlü inzibati binalar ölkəmizin simasını dəyişir. Biz ölkəmizin dinamik inkişafını təmin edən Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran Cənab İlham Əliyevin namizədliyini dəstəkləyir, cəmiyyətimizin bütün üzvlərini Onun ətrafında sıx birləşməyə çağırırıq.
Görüşdə iştirak edən seçicilər birmənalı şəkildə Cənab İlham Əliyevin namizədliyini dəstəklədiklərini, seçki günü fəal şəkildə məntəqələrə gedərək, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Cənab İlham Əliyevə səs verəcəklərini vurğuladılar.
Nəzakət ƏLƏDDİNQIZI