2018-ci il 11 aprel-də keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat və təşviqat kampaniyası Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı tərəfindən də uğurla davam etdirilməkdədir. Martın 26-da dörd min nəfərdən yuxarı seçicisi olan Şəki rayonu Cumakənd kəndində təbliğat qrupunun üzvləri Kamil Məmmədov, Nurəli Çələbiyev və Yusif Məmmədovun iştirakı ilə seçicilərlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə Kamil Məmmədov açaraq, qarşıdan gələn prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin seçki platforması barədə məlumat verib.
Daha sonra söz alan Nurəli Çələbiyev ötən 15 ildə görülmüş işlər barədə müfəssəl məlumatlar verərək, əldə edilən hər bir nailiyyətin əsasında Ulu Öndər Heydər Əliyev ideologiyası və bu ideologiyanı uğurla davam etdirən İlham Əliyevin müdrik siyasəti barədə danışıb.
Natiqlər eyni zamanda qeyd ediblər ki, əldə edilən hər bir nailiyyət xalqımızın daha firavan yaşaması üçün atılan mütərəqqi addımların tərkib hissəsidir. Həmçinin, bu uğurları dəstəkləyən hər bir azərbaycanlı seçki günü məntəqələrə gedərək, fəal şəkildə İlham Heydər oğlu Əliyevə səs verəcəklərini deyiblər.
Kənd sakinləri də öz növbələrində Yeni Azərbaycan Partiyasının alternativsiz namizədi Cənab İlham Əliyevə səs verəcəklərini əminliklə vurğulayıblar.
RÖVŞƏN