Bakı–Tbilisi-Ceyhan (BTC) kəmərinin Türkiyədən keçən hissəsinin operatoru olan "Botaş" şirkəti Ceyhan limanından neftlə doldurulmuş tankerlərin hesabatını açıqlayıb.
SİA-nın məlumatına görə, BTC ilə neftin nəqlinin başlandığı gündən - 2006-cı il iyunun 2-dən bu il oktyabrın 29-dək Ceyhan limanında 1321 tanker yüklənib. Fəaliyyətə başladığı dövrdən indiyədək kəmərlə 1 milyard 38 milyon barrel neft nəql olunub.
Hazırda BTC vasitəsilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunan neft və "Şahdəniz" yatağının qaz kondensatı daşınır. Cari ilin iyulunda yeni müqavilə imzalandıqdan sonra kəmər vasitəsilə Türkmənistan neftinin də daşınmasına başlanılıb.