DTX-nin hərbi qulluqçuları təltif edildi SƏRƏNCAM

26 Mart 2018 16:42 (UTC+04:00)

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Əliyev Zaur Aydın oğlu – polkovnik
Hacıyev Bəxtiyar Zabil oğlu – ədliyyə polkovniki

“Vətən uğrunda” medalı ilə
Ramazanov Rafiq Sultan oğlu – polkovnik
Hüseynov İlqar Yavər oğlu – polkovnik
Yaqubov Fəqan Vaqif oğlu – polkovnik-leytenant
Camalxanov Zaur Vəli oğlu – polkovnik-leytenant
Məmmədquliyev Əli Şüceyib oğlu – mayor

“İgidliyə görə” medalı ilə
Qasımov Məmməd Fərman oğlu – polkovnik-leytenant
Cavadov Hüseyn Yaqub oğlu – polkovnik-leytenant
Əzimov Əzim Yaqub oğlu – leytenant

“Hərbi xidmətlərə görə” medalı ilə
Abdulov İlqar Yaşar oğlu – polkovnik-leytenant
Bəşirov Coşqun Şərif oğlu – polkovnik-leytenant
Əliyev Samir Qadir oğlu – ədliyyə polkovnik-leytenantı
Paşayev Qənimət Əliheydər oğlu – mayor
Hacıyev Ramil Kamil oğlu – mayor
Həşimov Mirələm Ağamir oğlu – mayor
Ələskərov Kazım Faiq oğlu – mayor
Zeynalov Vüsal Nayib oğlu – kapitan
Qəmbərli Kamal Müşviq oğlu – baş leytenant.