Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Kəbirli kənd seçiciləri ilə görüşü keçirilib.
Görüşü Yeni Azərbaycan Partiyası Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin sədr müavini Nazim Bünyatov açaraq, seçiciləri Prezidentliyə namizəd İlham Əliyevin seçki proqramı ilə tanış edib. O bildirib ki, ölkə başçısı İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan çox böyük sürətlə inkişaf etmiş, qısa müddət ərzində inqilabi sıçrayış əldə edilmişdir: "Yeni Azərbaycan Partiyası olaraq, biz 11 aprel 2018-ci il tarixdə keçiriləcək seçkilərə də "İlhamla irəli" şüarı ilə "Ölkənin inkişafı, insanların rifahı naminə" devizi ilə gedirik. Prezidentliyə namizəd İlham Əliyevin seçki proqramının əsas məğzi ölkəmizi iqtisadi cəhətdən inkişaf etdirmək, xalqın maddi rifah halını yüksəltmək, Respublikamızı beynəlxalq aləmdə tanıtmaqdan ibarətdir. İlham Əliyevin Prezidentliyi dövründə respublikamız çox böyük inkişafa imza atmışdır. Elə buna görə də biz əminliklə deyə bilərik ki, seçicilər, bu xidmətlərinə görə yenidən İlham Əliyevə səs verəcəklər".
Görüşdə Yeni Azərbaycan Partiyası Ağcabədi rayon şöbəsinin təbliğat qrupunun üzvləri Əlizadə Nəcəfov, Eldəniz Qənbərov, Mehman Novruzov, İbrahim Həsənov çıxış edərək, 2003-2018-ci illərdə ölkədə bərqərar olan iqtisadi yüksəliş, regionların iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçməsi, ümumdaxili məhsulun və ölkənin valyuta ehtiyatın artması, qeyri-neft sektorunun, kənd təsərrüfatının və sənayenin inkişafı barədə öz fikirlərini bölüşərək bu nailiyyətlərin əldə edilməsində əvəzsiz xidmətlərinə görə, seçiciləri İlham Əliyevə səs verməyə çağırdılar.
Görüşdə seçicilər adından çıxış Kəbirli kənd sakinləri Zahid Musayev, Azadə Çobanova, Xankişi Bünyatov, Gülər Fətəliyeva, Reyhan Əliyeva, Dərgah Çobanov, Famil Orucov çıxış edərək, xalqın rifahı və ölkənin inkişafı naminə gördüyü böyük işlərə görə 11 aprel 2018-ci il tarixdə seçki məntəqələrinə gələrək, İlham Heydər oğlu Əliyevə səs verəcəklərini böyük ruh yüksəkliyi ilə bildirdilər.