Politoloq: “Özünə hörmət edən “sosial şəbəkə terrorçularını” dəstəkləməz” MÖVQE

26 Mart 2018 13:10 (UTC+04:00)

“Hər kəsə məlumdur ki, Avropada və digər xarici ölkələrdə sığınacaq alaraq yaşayan bəzi “həmvətənlər” (bunların sayı 10 nəfərdən artıq deyil) öz güzəranını yaxşılaşdırmaq üçün ölkəmiz və dövlətimiz əleyhinə bütün “tapşırıqları” canla-başla yerinə yetirərək sosial şəbəkələrdə ölkə rəhbəri və yüksək çinli məmurlar haqqında söyüşlər, təhqirlər edirlər. Burada məqsəd nə ola bilər? Müxalifəti təmsil edən partiyaların və şəxslərin rəğbətinimi qazanmaq?! Xeyir!”. Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, özünə hörmət edən, öz səviyyəsini qoruyan müxalifət partiyası və müxalifət nümayəndəsi bu cür “sosial şəbəkə terrorçularını” dəstəkləməz və onları müdafiə etməz: “Dünyanın bütün demokratik ölkələrində olan müxalifət partiyaları və təmsilçiləri öz çıxışlarında və bəyanatlarında zora, söyüşə, təhqirə qarşı olduqlarını bildirirlər. Ona görə ki, onlar ilk öncə özlərinə və tərəfdarlarına hörmət edirlər. Onlar çox gözəl bilirlər ki, siyasətdə təhqir və söyüşdən istifadə etmək edənləri dəstəkləmək əlində “pimi çəkilmiş bomba” gəzdirmək kimi bir şeydir! Çünki demokratiyadan danışan hər kəs anlayır ki, “bir insanın azadlığı digər insanın azadlığının sərhədlərinə qədərdir!”.

Bəs onda bu adamları kimlər dəstəkləyə və himayə edə bilər?! Axı onlar öz başına da bu addımları ata bilməzlər! Məsələn, bir ölkədən durub digər ölkəyə getmək, filan qədər xərc çəkmək, şəkillər və plakatlar çıxarıb müəyyən divarlara yapışdırmaq bunlar hamısı ssenari əsasında həyata keçirilən, kifayət qədər maliyyət vəsaiti tələb olunan işlərdir! Bu ssenarini kimlər yaza bilər və maliyyəni kimlər ya da hansı təşkilatlar verə bilər?! Bu suallara cavab tapmaq o qədər də çətin deyil. Məsələn, Azərbaycan dövləti və şəxsən cənab Prezident səfər etdiyi dünyanın bütün ölkələrində çəkinmədən, qorxmadan Ermənistan dövlətini işğalçı ölkə adlandırır və terrorçuluğu dəstəkləyən Ermənistan rəhbərliyini ifşa edir, Ermənistan prezidentlərinin iştirakı ilə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisəsini dünya ölkələrinin də Soyqırım kimi tanınmasına çalışır! Bu addımlar kimə pis təsir edər əlbəttə Ermənistan dövlətinə, Ermənistan xüsusi xidmət orqanlarına, erməni lobbisinə və erməbi lobbisinin maliyyə dəstəyi ilə hərəkət edən bəzi təşkilatlara!”.