Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Quba rayon şöbəsinin seçki qərargahının üzvləri 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın verdiyi məlumata görə, rayonun Çiçi İnzibati Ərazi Dairəsində seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov çıxış edərək hər bir ölkədə demokratik seçkilərin keçirilməsini həmin ölkənin mühüm göstəricilərindən biri olduğunu vurğulayıb: "Biz Azərbaycanda keçirilən həm Prezident seçkilərində, həm parlament, həm də bələdiyyə seçklərində bunun dəfələrlə şahidi olmuşuq. Məhz xalqımızın düzgün seçiminin nəticəsi olaraq son 15 ildə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz misli görünməmiş inkişaf dövrünü yaşayıb. Cənab İlham Əliyev ötən illər ərizində Ona bəslənən ümidləri doğruldub və Özünü qətiyyətli, praqmatik siyasətçi kimi təsdiqləyib. Yüksək intellekti, mütərəqqi idarəçilik prinsipləri ilə cəmiyyətdə böyük nüfuz qazanıb. Bu baxımdan da, xalqımız, o cümlədən qubalılar "İLHAMLA İRƏLİ!" şüarı ilə seçkilərə gedərək uğurlu gələcəyimizin qarantı - İlham Əliyevə səs verəcəklər".
Görüşdə təbliğat qrupunun üzvləri Həsən Günəşli, Kamran Əhmədov, Habil Bayramlı və başqaları çıxış edərək Azərbaycanda olan yüksək inkişafdan, insanlara göstərilən qayğı və diqqətdən danışıblar. Qeyd olunub ki, ölkəmizin hər yerində olduğu kimi, Quba rayonu da inkişaf dövrünü yaşayıb və bu davam etməkdədir. Qubada son illərdə istifadəyə verilmiş sənaye, sosial obyektləri möcüzə hesab etmək olar. Belə bir mühitdə qubalıların partiyanın namizədi İlham Əliyevdən başqa heç bir seçimi yoxdur.
Seçicilər 11 apreldə keçiriləcək prezident seçkilərində partiyanın namizədi Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Nəzakət ƏLƏDDİNQIZI