Yaponiya sahillərində zəlzələ olub

26 Mart 2018 00:17 (UTC+04:00)

Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib. Axar.az xəbər verir ki, yeraltı təkanların episentri Hatidze şəhərindən 50 km cənub-şərqdə, ocağı 40 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.