Xəzər dənizində zəlzələ baş verib

25 Mart 2018 17:25 (UTC+04:00)

Martın 25-də Xəzər dənizində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 15:52-də Astaradan 12 kilometr şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub.