Şəkidə reydlər keçirilir FOTOLAR

25 Mart 2018 14:09 (UTC+04:00)

Novruz bayramı ilə əlaqədar respublikamızın avtomobil yollarında hərəkətin intensivliyi artıb. Bayram tətili günlərində sərnişindaşımada təhlükəsizliyin təmin olunması məqsədilə Şəki Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində, həmçinin şəhər avtovağzalında davamlı olaraq reydlər keçirilir.

SİA-nın verdiyi məlumata görə, növbəti reyd zamanı Şəki-Bakı marşrutu üzrə işləyən avtobus və mikroavtobusların texniki vəziyyəti, sərnişindaşıma fəaliyyəti göstərən sürücülərin sənədlərinin qaydasında olması, onların reysqabağı tibbi müayinədən keçməsi, nəqliyyat vasitələrində standartların pozulması, əlavə avadanlığın, oturacaqların quraşdırılması və digər məsələlər ciddi şəkildə yoxlanılıb, sürücülərə hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təlimat və tövsiyələr verilib.

Belə reydlər növbəti günlərdə də davam edəcək.