Piyadanın ölümünə səbəb olan sürücü saxlanıldı

25 Mart 2018 10:17 (UTC+04:00)

Qazax rayonunda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb. SİA-nın Qərb bürosunun məlumatına görə, rayonun Birinci Şıxlı kəndi ərazisində idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçmək istəyən piyda, həmin kəndin sakini, 2002-ci təvəllüdlü Vəliyev Rovşən oğlu Məmmədovu vuraq hadisə yerindən qaçan sürücü, 1986-cı il təvəllüdlü İbrahimov Ramin Həmid oğlu saxlanılıb.

Ağır xəsarət alan piyada xəstəxanaya aparılan zaman yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.