Yeni Qvineya sahillərində zəlzələ olub

25 Mart 2018 05:02 (UTC+04:00)

Martın 24-də Papua-Yeni Qvineya sahillərində 6,8 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Xəbərdə deyilir ki, zəlzələ yerli vaxtla saat 21:23 dəqiqədə qeydə alınıb. Yeraltı təkanların episentri Yeni Britaniya adasından bir kilometr cənub-şərqdə, ocağı 60 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir, sunami xəbərdarlığı elan edilməyib.