Ərdoğan "Onları o tunellərdə basdırdıq"

25 Mart 2018 01:07 (UTC+04:00)

“Fərat qalxanı” əməliyyatında dastan yazdıq. Afrində də dedik, dinləmədilər, terror təşkilatları ilə əməkdaşlıq etdilər. Biz də girdik. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Ordudakı konqresində çıxışında deyib.

"3740 terrorçu məhv edildi. Onları məhv edəcəyimizi əvvəldən demişdik. "Onlar qaçacaq, biz qovacağıq" dedik. Suriyaya qaçdılar, ordan da qovduq. Necə tunellər qazmışdılar. Onları o tunellərdə basdırdıq", - Ərdoğan qeyd edib.