YAP təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir

24 Mart 2018 14:45 (UTC+04:00)

Qobustan

Bu gün Qobustan rayonunun Cəmcəmli kəndlində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsinin tərtib olunmuş qrafikə uyğun olaraq seçicilərlə böyük ruh yüksəkliyi ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsinin və YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev seçiciləri salamladı və onları Novruz bayramı münasibətilə təbrik edib.

F.Gülaliyev Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 15 ərzində əldə olunan uğurlardan və inkişafdan ətraflı bəhs edib. Dövlət başçısının ümummilli lider Heydər Əliyev siyasətini uğurla, müasir tələblərə uyğun və yeni çalarlarla davam etdirdiyini bildirib. Füzuli Gülaliyev regionların sosial–iqtisadi inkişafından danışaraq qeyd edib ki, bizim də rayonumuz günü-gündən böyüyür, abadlaşır, regionda füsunkar abad guşələrdən birinə çevrilir. İllərlə su həsrətində olan kəndlərimizə su xətləri çəkilib, kanalizasiya sistemi qurulub istifadəyə verilib, rayonun bütün kəndlərində qazlaşma işləri başa çatmaq üzrədir. Parklar, meydanlar, yeni inzibati binalar, uşaq bağçaları, məktəblər, yeni yollar bütün bunlar hamısı, dövlət başçımızın regionlara, eləcə də rayonumuza olan diqqət və qayğısının nəticəsidir. Mən də bir qobustanlı kimi rayonumuzda gedən bu inkişafdan, tərəqqidən quruculuqdan fərəh hissi duyuram, prezidentimizə təşəkkür edərək bütün seçiciləri seçki məntəqələrinə gedərək İlham Əliyevə səs verməyə səsləyirəm.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsinin üzvü Şərifova Zümrüd qeyd edib ki, hazırda dünya qlobal problemlər və təhlükələrlə üz-üzədir. Son dövrlər regionlarda baş verən hadisələr göz qabağındadır. Azərbaycan xalqını bu bəlalardan hifz etmək isə dövlətimizin başçısının üzərinə düşür və o, bu missiyanı yüksək səviyyədə yerinə yetirir. Ona görə də böyük əminliklə bildiririk ki, xalqımız belə bir qətiyyətli lideri yenidən ölkəyə rəhbər seçəcəkdir.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qobustan rayon şöbəsinin üzvü Ağaməmmədov Cahangir qobustanlıları bu seçkidə də düzgün seçim edərək cənab İlham Əliyevə səs verməyə səsləyib. O bu tövsiyəsini belə əsaslandırıb ki, cənab İlham Əliyevin ötən illərdə önəm verdiyi bütün sahələrin hərtərəfli inkişafı ,ölkənin iqtisadi və siyasi sferasının möhkəmlənməsini təmin etməsi onu bir daha ölkəmizin qüdrətli olması üçün məhz yenidən ona səs verməlıyik.

Şəhid anası Hüseynquliyeva Göyçək çıxış edərək bildirib ki, Heydər Əliyev indi onun oğlu İlham Əliyev ölkəmizə əmin-amanlıq ,sülh gətirmişdir, bütün analar adından deyirəm ki, İlham Əliyev bizim ən əziz balamızdır, biz onu çox istəyirik. O bizim ömürlük Prezidentimizdir və hamımız ona səs verəcəyik.

Görüşlərdə çıxış edən kəndin axundu Hacı Qüdrət çıxış edərək bildirib ki, biz İlham Əliyevlə fəxr edirik. Onun həmişə xarici ölkə başçıları ilə görüşünə baxanda qürur hissi keçiririk, fəxr edirik ki, bizim belə güclü bir övladımız var və hamılıqla 11 aprel 2018- ci ildə İlham Əliyevə səs verəcəyik.

Görüşdə Cəmcəmli kənd sakini Gülbəxt Mətləbova çıxış edərək bildirib ki, o xəstə olmasına baxmayaraq bu görüşə gəlib onun 98 nəvə və nəticəsi var: "İlham Əliyev mənim ürəyimdir. İlham Əliyevi Allah qorusun. Hamılıqla birlikdə İlham Əliyevə səs verəcəyik".

Görüşdə kənd sakinlərindən Fazil Abıyev, Rizvan Bədəlov, Ziyafət Bayramova və başqaları çıxış edərək ölkədə aparılan köklü islahatlardan bəhs etdilər və bu istiqamətdə cənab İlham Əliyevin uğurlu siyasət həyata keçirdiyini vurğuladılar. 11 aprel 2018- ci ildə seçki məntəqələrinə gələrək sabitliyə,uğurlu gələcəyə səs verəcəklərini bildirdilər.

Şəmkir

Şəmkir rayonunda Yeni Azərbaycan Partiyasının seçkiqabağı təbliğat-təşviqat kampaniyası davam edir. Martın 22-də Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkir rayonunun İsgəndərli kəndində seçicilərlə görüşlər keçirilib.

İsgəndərli kəndində keçirilən görüşdə Milli Məclisin üzvü Kamran Bayramov, YAP Şəmkir rayon təşkilatı Seçki Qərərgahının sədri Fəxrəddin Vəliyev, YAP rayon təşkilatı Seçki Qərərgahının üzvləri Misir Yusifov, Yusif Mehtiyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə, YAP Şəmkir rayon təşkilatı Seçki Qərərgahının sədri Fəxrəddin Vəliyev açaraq rayonun yaşayış məntəqələrində seçicilərlə böyük ruh yüksəkliyi şəraitində keçirilən görüşlər barədə məlumat verib və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan və o islahatların nəticəsi olaraq əldə olunan çoxsaylı nailiyyətlərdən geniş bəhs edib. Qeyd edib ki, Azərbaycanın iqtisadi uğurları günbəgün artır və iqtisadi uğurların qazanılması ilə ölkəmizin ictimai-siyasi sabitliyi, xalqımızın rifah halının daha da yaxşılaşdırılması təmin edilir. Ölkəmizin sülhpərvər, multikultural və tolerant ölkə olaraq bütün dünyada sayılıb-seçildiyini və çoxmillətli ölkə olaraq məscidlərin, kilsələrin, sineqoqların sərbəst fəaliyyəti üçün lazımı şəraitin yaradıldığını vurğulayıb.

Fəxrəddin Vəliyev çıxışının sonunda Azərbaycanın daha da inkişaf etməsi, təhlükəsiz, müstəqil, daha qüdrətli ölkə olaraq qələbələr qazanması naminə bütün seçiciləri bu ilin 11 aprel tarixində keçiriləcək Prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.

Çıxış edən Milli Məclisin üzvü Kamran Bayramov son on beş ildə Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi baxımdan sürətlə inkişaf etməsindən, beynəlxalq aləmdə ölkəmizin strateji mövqelərinin kifayət qədər möhkəmlənməsindən, həyata keçirilən irimiqyaslı infrastruktur layihələrdən ölkəmizin beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi etməsindən, regionların sosial-iqtisadi inkişaf proqramlarının reallaşmasından, demokratik idarəçilik mexanizmlərinin tətbiqi, vətəndaş cəmiyyətinin qurulmasından, hüquqi təsisatların bərqərar edilməsindən və ən müxtəlif sahələr üzrə etibarlı beynəlxalq tərəfdaş imicinin qazanılmasından inkişaf edən müasir Azərbaycanın reallıqlarına çevrilməsindən danışıb.

YAP rayon təşkilatı Seçki Qərərgahının üzvləri Misir Yusifov, Yusif Mehtiyev çıxış edərək bildiriblər ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verməkdədir. Bütün bunlar da xalqımızın partiyamızı dəstəkləyəcəyinə və onun namizədi cənab Prezident İlham Əliyevə yekdilliklə səs verəcəyinə təminat verir..

Tədbirdə çıxış edən kənd sakinləri cənab İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirib, 11 aprel 2018-cildə keçiriləcək seçkilərdə prezidentliyə namizəd cənab İlham Əliyevə yekdilliklə səs verəcəklərini bəyan ediblər.

İlham Əliyev yüksəliş, inkişaf, tərəqqi deməkdir!

Ucar

Yeni Azərbaycan Partiyasının Ucar rayon təşkilatı təbliğat-təşviqat qrafiki üzrə yerlərdə seçicilərlə görüşlərini davam etdirir. 2018-ci ilin 11 aprel tarixində Azərbaycanda çox əhəmiyyətli siyasi kampaniya-prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ucar rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri martın 24-də seçicilərlə növbəti görüşü Ucar rayonun Yuxarı Şilyan kəndində olmuşdur.

Tədbiri giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahı Ucar rayon şöbəsinin və YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, artıq martın 19-dan etibarən təbliğat-təşviqat kampaniyasına start verilib və partiyamızın bu günə kimi seçicilərlə keçirilən görüşləri onu deməyə əsas verir ki, 11 apreldə xalqımız hamılıqla prezidentliyə namizəd cənab İlham Əliyevə səs verəcək.

Təbliğat qrupunun üzvüləri Alı Babayev, Rahib Rəsulov və Milli Məclisin deputatı Vüsal Hüseynov çıxış edərək vurğulayıblar ki, Azərbaycan bu gün bütün dünyanın hesablaşdığı güclü bir dövlətdir. Natiqlər bu uğurların davamlılığı üçün Ucarlıları cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər adından Yuxarı Şilyan kənd tam orta məktəbin müəllimi İlqar Əliyev çıxış edərək Heydər Əliyev və İlham Əliyev haqqıda şeir dedi. Kənd sakinləri adından Nazir Məmmədov çıxış edərək ötən 15 ildə İlham Əliyev cənablarının hər bir Azərbaycanlının prezidenti olduğunu sübut etdiyini vurğulamaqla seçkilərdə İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bəyan etdilər.

Balakən

Balakən rayon icra hakimiyyətinin 11 aprel 2018-ci ildə keçiriləcək seçkilərdə,təbliğat kampaniyasının aparılması üçün təsdiq etdiyi açıq və qapalı yerlərdə,2 saylı texniki Peşə məktəbinin həyəti açıq təbliğat kampaniyasının aparılması üçün nəzərdə tutlmuşdur. 24 mart 2018-ci ildə Qabaqçöl qəsəbəsində yerləşən 2 saylı peşə məktəbinin həyətinə Qəsəbə seçiciləri,ətraf kəndlərdə olan Yeni Azərbaycan Partiyasının üzvləri toplaşmışdırlar.

Görüşü Rayon seçki gərargahının üzvü Ömər Osmanov açaraq,11 apreldə keçiriləcək seçki haqqında görüş iştirakçılarına məlumat vermişdir. Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd İlham Əliyevin 2003-2018-ci ilərdə gördüyü işlər barəsində iştirakçılara məlumat vermiş, onları seçki günü seçki məntəqələrinə gəlməyə dəvət etmişdir. Görüşdə ağsaqqal təqaüdçü müəllim Ramazan Xutrayev geniş çıxış etmiş, gəncləri, ana-bacıları 11 aprel seçkilərində fəal olmağa, müstəqilliyimiz, gələcəyimiz, güclü ordumuz, dayanıqlı iqtisadiyatımız, gələcək təhsilimiz naminə İlham Əliyevə səs verməyə çağırmışdır.

Tarixçi müəllim Həybullah Atayev, gənc müəllimlər adından Nərgiz Mustafayeva ilk dəfə səs verən gənclərə müraciət etmiş onlara 11 aprel seçkilərində fəallıq arzulamışdır. Təqaüdçü həkim Ramazan Xanayev Azərbaycan səhiyyəsinin inkişafında İlham Əliyevin fəaliyətindən danışmış səhiyyə işçiləri adından əmin etmişdir ki, Yeni Azərbaycan Partiyasından Prezidentliyə namizəd İlham Əliyevin gələbə çalacağı gün uzaq deyil. Rayon seçki gərargahının üzvü Rəhim Tağıyev tədbirdə geniş çıxış etmiş, müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycanın ələd etdiyi uğurlardan danışmışdır.

Sonda əmin olduğunu bildirmişdir ki, Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə olduğu kimi yenədə qalib gələcəkdir.

Cəbrayıl

YAP Mərkəzi Seçki Qərərgahının Cəbrayıl rayon Qərərgahı təbliğat qrafikinə uyğun olaraq Mehdiabad qəsəbəsində Cəbrayıl rayonundan olan məcburi köçkün seçicilərlə prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevin seçkiqabağı təbliğatına start verilmişdir.

Təbiliğatı YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev giriş nitqi ilə açıq elan etmişdir. Təbliğat çərçivəsində seçicilərlə prezidentliyə namizəd İlham Heydər oğlu Əliyev seçkiqabağı platformasını əks etdirən bukletlər paylanmış və İlham Əliyevin son 15 ildə respublikamızda gördüyü möhtəşəm işlərdən, tarixi naliyyətlərdən, dövlətimizin artan qüdrətindən, ölkəmizin simasının bütünlükdə dəyişməsindən, insanların həyatının yaxşılaşmasından bəhs edilmişdir. Seçicilərlə görüşdə rayon Ağsaqqallar Şurasının sədri Vaqif Məhərrəmov çıxış etmişdir.

Sonra YAP fəallarından çıxışlar olmuşdur.