Qadınlara gözəl görünmək qadağan olundu

24 Mart 2018 11:31 (UTC+04:00)

Türkmənistanın paytaxtı Aşqabadda mart ayından etibarən dövlət qurumları və təşkilatlarında qadınlara iş yerinə cəlbedici geyimdə gəlmək qadağan olunub.

Qadağalar arasında dırnaq üçün lakdan və qızıl-zinət əşyalarından istifadə var.

Büdcə tərəfindən maliyyələşən sahələrdə çalışan qadınlara dırnaq və kirpik uzatmaq, həmçinin saç boyamaq da qadağan olunub.

Nəşr qeyd edir ki, hazırda paytaxtda qadınlar gözəllik salonlarına getmirlər.