Gəncə sakini döyülüb

24 Mart 2018 03:08 (UTC+04:00)

Gəncə sakini tanıdığı şəxs tərəfindən döyülüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1977-ci il təvəllüdlü Qasımov Feyruz Dünyamalı oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, F. Qasımov tanıdığı şəxs tərəfindən döyülüb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.