Cüdoçularımız Qran-Pridə mübarizə aparacaqlar

23 Mart 2018 17:46 (UTC+04:00)

Martın 30-dan aprelin 1-dək Tbilisidə cüdo üzrə Qran-Pri yarışları keçiriləcək. SİA-nın məlumatına görə, yarışda ölkəmizi 9 cüdoçu təmsil edəcək. Heyətdə Oruc Vəlizadə, Sadiq Məhərrəmov (hər ikisi 60 kq), İlkin Babazadə, Elçin Hüseynov (hər ikisi 66 kq), Telman Vəliyev, Paşa Əliyev (73 kq), Coşqun Abdullayev (81 kq), Sənan Əhmədov (100 kq) və Cəlal Şükürov (100 kq-dan yuxarı) yer alıblar.

Turnirdə 39 ölkədən 300-dən artıq cüdoçu birincilik uğrunda mübarizə aparacaq.