Trampın vəkili istefa verib

23 Mart 2018 09:35 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampı Rusiya istintaqında təmsil edən vəkili Con Davd istefa verib. SİA-nın verdiyi məlumata görə, bu barədə “Nyu York Tayms” məlumat yayıb. Vəkilin Trampın onun tövsiyələrinə qulaq asmadığına görə vəzifəsindən istefa verdiyi iddia edilib.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı araşdırmalar davam edir.