Fransanı etiraz dalğası bürüyüb

22 Mart 2018 22:16 (UTC+04:00)

Fransa Prezidenti Emmanuel Makronun ictimai işçilər və təhsillə bağlı islahatları ölkə miqyasında etirazlara səbəb olub. Axar.az xəbər verir ki, 150 şəhər və qəsəbəni əhatə edən etirazlar zamanı sürət qatarlarının 60 faizi, şəhərlərarası qatarların 75 faizi relsləri təxirə salıb, Parisdəki hava limanlarında bütün aviareyslər dayandırılıb. Bir sıra məktəblərdə tədris prosesi dondurulub.

Paris və Nant şəhərlərində polislərlə etirazçılar arasında qarşıdurmalar zamanı nümayişçilərin bir qismi həbs edilib. Fransa polisi etirazçılara qarşı gözyaşardıcı qazdan və yüksək təzyiqli sudan istifadə edib.

Fransada işçilərin peşə birliyi gələcək 5 il ərzində 120 min insanı işsiz qoymağı nəzərdə tutan islahatlardan dolayı narahatlığın artdığını açıqlayıb.