Xaçmazlılar İlham Əliyevin namizədliyini dəstəkləyir

22 Mart 2018 18:49 (UTC+04:00)

11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Xaçmaz rayon şöbəsinin təbliğat qrupunun üzvləri Müqtədir qəsəbəsində seçicilərlə görüş keçirib.

Görüşü YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq Prezident seçkilərinin demokratik, şəffaf keçirilməsinin əhəmiyyətindən, YAP-ın prezidentliyə namizədi İlham Əliyevin rəhbərliyi ilə 2003-2018-ci illər ərzində Azərbaycanın nail olduğu möhtəşəm tarixi naliyyətlərdən, beynəlxalq nüfuzunun gündən-günə möhkəmlənməsindən, sürətli iqtisadi inkişafa nail olmasından və digər məsələlərdən seçicilərə geniş məlumat verib.

Tədbirdə Milli Məclisin deputatı Eldəniz Səlimov qəsəbə sakinləri ilə Məculla Nurullayev, Məzahir Yəhyayev, Aygün Osmanova çıxış edərək Möhtərəm Prezidentimiz ətrafında sıx birləşdiklərini qeyd etməklə seçki günündə bir nəfər kimi seçki məntəqələrinə gələrək xalqımızın yeganə namizədi olan İlham Heydər oğlu Əliyevə səs verəcəklərini bildirdilər. İlham Əliyevə səs verməklə ölkəmizin gələcək inkişafına səs vermiş olacaq, sabitliyin stabilliyin dayanıqlı olmasına səs verəcək və gələcək xoş günlərinə səs verəcəklərini bildirdilər.

Sonra təbliğat qrupunun üzvləri Nabran qəsəbəsində seçicilərlə görüş keçiriblər. Görüşü YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq Prezident seçkilərinin demokratik, şəffaf keçirilməsinin əhəmiyyətindən, YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin 2003-2018- ci illər ərzində Azərbaycanın nail olduğu möhtəşəm tarixi naliyyətlərdən, beynəlxalq nüfuzunun gündən-günə möhkəmlənməsindən, sürətli iqtisadi inkişafa nail olmasından və digər məsələlər haqqında seçiçcilərə geniş məlumat vermişdir.

Tədbirdə Milli Məclisin deputatı Eldəniz Səlimov qəsəbə sakinləri ilə Şirzad Mahmudov, Nəbiyulla Abdullayev, Şahvələdova Emliyat çıxış edərək Möhtərəm Prezidentimiz ətrafında sıx birləşdiklərini qeyd etməklə seçki günündə bir nəfər kimi seçki məntəqələrinə gələrək xalqımızın yeganə namizədi olan İlham Heydər oğlu Əliyevə səs verəcəklərini bildirdilər. İlham Əliyevə səs verməklə ölkəmizin gələcək inkişafına səs vermiş olacaq, sabitliyin stabilliyin dayanıqlı olmasına səs verəcək və gələcək xoş günlərinə səs verəcəklərini bildirdilər.

Nabranlılar həmişə dövlətə, dövlətçiliyə və Prezidentimizə öz sədaqətlərini göstərmişlər.