11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Masallı rayonunun Mahmudavar kəndində seçicilərlə görüş keçirilib. Tədbir iştirakçıları, ilk öncə Mahmudavar kəndinin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəsi önünə tər gül dəstələri düzüblər.
Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq qeyd edib ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, yüksək nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının, bilavasitə fəaliyyəti ilə bağlıdır: "Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən başlayaraq, həyata keçirilən siyasətin nəticəsi kimi, 15 il ərzində Azərbaycan sözün həqiqi mənasında, möhtəşəm inkişaf mərhələsi keçib".
S.Əliyev onu da qeyd edib ki, Prezident İlham Əliyevin 15 illik hakimiyyəti dövründə Azərbaycan dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrilib. Ölkəmiz regionun ən güclü lider dövlətidir: "Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin praqmatik, cəsarətli və uzaqgörən siyasəti nəticəsində reallaşmışdır. Ötən 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib və yeniləşib. Bu dövrdə əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib və bu yüksəlişi hər bir vətəndaş öz həyatında hiss etməkdədir".
Prezident təqaüdçüsü Şirvan Əbilov çıxış edərək bildirib ki, Azərbaycan qarşıdan gələn prezident seçkilərinə hazırlaşır və bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da seçki mühitini ölkənin son illər ərzindəki inkişafı və bu inkişafın formalaşdırdığı ab-hava müəyyənləşdirir: "Bu gün ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür və bu sabitlik Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin məqsədyönlü siyasətənin bariz nümunəsidir".
Ş.Əbilov seçiciləri qarşıdan gələn Prezident seçkilərində fəal olmağa, öz gələcəkləri naminə partiyamızın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Sonra Mahmudavar kənd sakini Qumru Əhmədov çıxış edərək Cənab İlham Əliyevin Azərbaycan xalqına göstərdiyi diqqət və qayğıdan söz açaraq budəfəki seçkilərdə də YAP-ın qələbəsinə əmin olduğunu bildirib.
A.Tahirqızı