YAP-ın Mərkəzi Seçki Qərargahının Neftçala rayon şöbəsinin təşviqat qurupu seçicilərlə görüşlərə başlayıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ilk görüş 22 mart 2018-ci il tarixdə Yenikənd kəndində keçirilib.
Seçicilərlə görüşdə YAP Neftçala Rayon Təşkilatının sədri Anar Cəfərov, YAP Neftçala Rayon Təşkilatının idarə heyətinin üzvləri Əjdər Kərimov və əməkdar jurnalist Habil Əsədov çıxış edərək YAP-ın vahid namizədi prezident İlham Əliyevin həyata keçirtdiyi uğurlu daxili və xarici siyasətin insanların həyat səviyyəsinin yüksəlməsindən və əldə olunan uğurlardan ətraflı bəhs ediblər. Kənd sakinlərində seçicilər İskəndərli Abasqulu, Zeynalov Abdulhəsən, Həsənov Vüqar çıxış edərək əhalinin seçki günü məntəqələrə gələrək yenidən İlham Əliyevə səs verəcəklərini bildiriblər.
İqbal Mikayılov