Xalqın seçimi İlham Əliyevdir

22 Mart 2018 18:23 (UTC+04:00)

Şəmkir

YAP Şəmkir rayon təşkilatı prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbətini görüşünü rayonun Sabirkənd kəndində keçirib. Görüşdə seçicilər qarşısında çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Şəmkir rayon şöbəsinin sədri Fəxrəddin Vəliyev YAP-ın namizədi Cənab İlham Əliyevin zəngin həyat yolundan, Onun Azərbaycan dövlətçiliyi üçün həyata keçirdiyi misilsiz xidmətlərdən, həmçinin, rayonda görülən quruculuq-abadlıq işlərindən danışıblar.

F.Vəliyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən 15 il ərzində bütün sahələrdə uğurlar əldə edib. "Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin ən effektiv nəticələrindən biri Azərbaycanın mütəmadi səciyyə daşıyan dinamik iqtisadi inkişafıdır"-deyə qeyd edən F.Vəliyev onu da bildirib ki, atılan hər bir addım xalqın rifahına hesablanıb: "Məhz bu inkişafın nəticəsidir ki, əhalinin təqaüdləri, maaşları ilbəil artırılır və bu da insanların firavan yaşamasına və sosial rifahının artmasına gətirib çıxarır".

Görüşdə çıxış edən digər natiqlər də prezidentliyə namizəd Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət kursu, həmçinin, torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan işlər barədə danışıb, aprelin 11-də keçiriləcək prezident seçkilərində seçiciləri fəallıq göstərməyə çağırıblar.

Göyçay

Bu gün 11 aprel 2018 -ci ildə keciriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Göyçay rayon şöbəsi, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin təbliğat kampaniyasını rayonun Qaraməryəm kənd ərazisində uğurla davam etdirilmişdir.

Astara

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP Astara rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri 22 mart 2018-ci il tarixdə Astara rayonunun Kakalos kəndində seçicilərlə görüş keçirib.

Tədbiri giriş sözü ilə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov açıb.

Tədbirdə kənd sakinləri birmənalı şəkildə İlham Əliyevə səs verəcəklərinin bildiriblər.

Siyəzən

Görüşdə YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov və YAP Siyəzən rayon təşkilatı sədrinin müavini Mircəlal Kazımzadə iştirak etdilər.