“Ayaks”ın müdafiəçisi "Barselona"nın maraq dairəsindədir

22 Mart 2018 11:52 (UTC+04:00)

İspaniyanın “Barselona” futbol klubu müdafiəçi axtarışını davam etdirir. SİA-nın məlumatına görə, “Ayaks”ın müdafiəçisi Matteys de Liqt kataloniyalıların maraq dairəsinə düşüb. “Barselona” yay transferi çərçivəsində 18 yaşlı hollandiyalı futbolçunu heyətinə qata bilər.

Qeyd edək ki, Matteys de Liqt “Ayaks”ın heyətində çıxdığı 56 oyunda altı qol vurub.