Qızıl bahalaşıb

22 Mart 2018 10:51 (UTC+04:00)

Amerika fond bazarında "Dow Jones" indeksi 0,18% - 24 682,31 bəndədək, "S&P 500" 0,18% - 2 711,93 bəndədək, NASDAQ isə 0,26% - 7 345,29 bəndədək bahalaşıb.

SİA xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,32% - 7 038,97 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 0,01% - 12 309,15 bəndədək bahalaşıb, Fransa CAC-40-ı isə 0,24% - 5 239,74 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 7,30 dollar artaraq 1 328,80 dollara, gümüşün unsiyasının qiyməti 0,10 dollar bahalaşaraq 16,52 dollara satılıb.