İranın cənubunda zəlzələ olub

22 Mart 2018 03:04 (UTC+04:00)

İranın cənubunda 4,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir. Yeraltı təkanların episentri Bəndər-Abbas şəhərindən 58 km şimal-şərqdə, ocağı isə 40 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.