ABŞ Somaliyə hava zərbəsi endirib, 2 terrorçu məhv edilib

21 Mart 2018 23:04 (UTC+04:00)

ABŞ Somalidə "Aş-Şabab" terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib. Trend-in məlumatına görə, hava zərbələri nəticəsində 2 terrorçu məhv edilib, 2-si isə yaralanıb. Bundan əlavə, onların avtomobili də məhv edilib. Hava zərbəsi Aşağı Şabelle əyalətinə endirilib.