Firdovsi Umudov: “İdmançılarımız seçkilərdə İlham Əliyevə səs verəcək” - AÇIQLAMA

21 Mart 2018 14:01 (UTC+04:00)

“Olimpiya, dünya, Avropa çempionları, məşqçilər, gənclər - bütün idmançılarımız cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib və seçkilərdə Ona səs verəcək. Dövlət başçımız Azərbaycanın inkişafının təməlini qoyan Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov deyib.

O qeyd edib ki, bu gün Azərbaycanın uğurlu inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır: “Ölkəmizdə dünyanın ən mötəbər idman yarışları və tədbirləri keçirilir. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmiz dünya və Avropa çempionatlarının təşkil edilməsində ilk üçlükdə yer alır. Bu, Azərbaycan idmanının uğurundan xəbər verir. Cənab Prezident hər zaman idmançıların yanındadır. Dövlət başçımız ölkə idmanının inkişafı, idmançıların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görür. Azərbaycanda böyük idman infrastrukturu yaradılıb. Məhz cənab Prezidentin göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan idmançıları dünyanın ən mötəbər yarışlarında birincilik əldə edirlər, bayrağımızı ucaldıb, himnimizi səsləndirirlər”.

F.Umudov vurğulayıb ki, Azərbaycanın əleyhinə olan qüvvələr heç vaxt istəklərinə çata bilməyəcəklər: “Xarici kəşfiyyata işləyib, düşmən dəyirmanına su tökənlər qarayaxma kampaniyası aparırlar. Mən onları azərbaycanlı adlandırmaq istəmirəm. Onların mənfur niyyətlərini bütün xalqımız bilir. Təxribat törətmək istəyirlər, ancaq alınmayacaq. Çünki Azərbaycanda xalq və iqtidar birliyi var. Biz idmançılar isə xaricdə bayrağımızı ucaldır, himnimizi səsləndirir, Azərbaycanı tanıdırıq. Biz hər zaman cənab Prezidentimizi dəstəkləmişik və dəstəkləyəcəyik. Əminəm ki, seçkilərdə bütün xalqımız cənab Prezident İlham Əliyevə səs verəcək və dövlət başçımız qələbə qazancaq”.