Bu il radiomübadilənin düzgün aparılmaması ilə bağlı 119 qayda pozuntusu aşkarlanıb

1 Noyabr 2010 22:36 (UTC+04:00)
Bu ilin yanvar-sentyabr ayları ərzində Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən daxil olan müraciətlərə uyğun olaraq 630 müəssisə və təşkilatlarda istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, texniki baxış zamanı dövlət qeydiyyatından keçməyən 1108 ədəd REV aşkarlanıb. Onlardan 574 ədədi möhürlənib, 228 ədədi isə istismara yararsız olduğu üçün müəssisələr tərəfindən silinərək qeydiyyatdan çıxarılıb, 159 ədədi qeydiyyata alınıb və 148 ədədinin qeydiyyata alınması üçün isə müvafiq tədbirlər görülür.

Hesabat dövründə efirə radiomübadilənin düzgün aparılmaması ilə bağlı 119 qayda pozuntusu aşkar olunub və aidiyyatı istifadəçilərə xəbərdarlıq məktubları göndərilib. Eyni zamanda, 114 qeydiyyatda olmayan tezlik aşkarlanıb və bu məqsədlə təkrar radio nəzarət aparılır və qanunvericilik əsasında müvafiq tədbirlər görülür.

Hesabat dövründə Radiotezliklər üzrə Dövlət Komissiyasının qərarına müvafiq olaraq 46 müəssisəyə tezlik ayrılıb və 3 454 ədəd yeni REV qeydiyyata alınıb.