Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib. Axar.az xəbər verir ki, dövlət başçısı seçkilərin 2019-cu ilin mart və yaxud noyabr aylarında baş tutacağını vurğulayıb.
Qeyd edək ki, mediada Türkiyədə 2019-cu ildə keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin daha erkən keçirilə biləcəyi iddia edilmişdi