Ərdoğan Putinə zəng vurub təbrik etdi

20 Mart 2018 14:29 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. "Anadolu” agentliyi xəbər verir ki, Ərdoğan Putini Rusiyada keçirilən prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Söhbət zamanı ikitərəfli münasibətlər, aprel ayında İstanbulda keçiriləcək Suriya üzrə zirvə toplantısı müzakirə edilib.