"Silahlanma yarışına qatılmaq kimi bir planımız yoxdur"

19 Mart 2018 23:46 (UTC+04:00)

Silahlanma yarışına qatılmaq kimi bir planımız yoxdur. Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

"Ölkəmizin müdafiə qüdrətini artırmaq üçün lazım olan diqqəti yetirəcəyik. Amma demək istəyirəm ki, kimsə hər hansı bir silahlanma yarışına daxil olmağı planlaşdırmır. Digər ölkələrlə olan münaqişəli durumları həll etmək üçün əlimizdən gələni edəcəyik", - Putin söyləyib. Putin yeni silah layihələrini tamamlamaq üçün maddi resurslara malik olduqlarını da qeyd edib.