Efir vaxtının bölgüsü məqsədilə püşkatma keçiriləcək

19 Mart 2018 09:43 (UTC+04:00)

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçiriləcək. MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Prezidentinin seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma keçiriləcək.

Qeyd edək ki, bu ilin aprelin 11-də Azərbaycanda prezident seçkiləri günüdür.