Putinin rəqibi: "Seçkilər saxtalaşdırılıb"

19 Mart 2018 02:20 (UTC+04:00)

Rusiya prezidentliyinə namizəd Pavel Qrudinin seçkilərin saxtalaşdırıldığını bildirib. Belə ki, seçicilərin 35 faizinin səsi elan olunduqdan sonra Kommunist Partiyasının namizədi Qrudinin ilk açıqlamasını verib.

“Artıq hər şey aydındır, bu seçkilər ədalətli olmadı... Aydındır, səslərin sayılması və ümumiyyətlə, seçki prosesi ədalətli deyildi, amma biz səsləri son dəfə hesablayandan sonra lazım olan qərarı verəcəyik”, - KP qərargahında brifinq keçirən Qrudinin bildirib.

Qeyd edək ki, bülletenlərin 35 faizinin nəticəsinə görə, Putin 73,73%, Qrudinin 14,42%, Jirinovski 6,6%, Sobçak 1,4% səs toplayıb.