Merkel: "Müsəlmanlar Almaniyaya aiddir"

17 Mart 2018 02:19 (UTC+04:00)

Müsəlmanlar Almaniyaya aiddir və beləcə islam dini də Almaniyaya aid olmuş olur. Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel Daxili İşlər naziri Horst Şehoferin skandal açıqlamasına münasibət bildirərkən deyib.

“Yəhudilik və xristianlıq Almaniyanın keçmişində özünə böyük yer tutur. Lakin indi Almaniya ölkə ərazisində yaşayan 4 milyon müsəlmandan dolayı islam aləminin böyük bir hissəsinə çevrilib. Biz Konstitusiyaya uyğun islam istəyirik. Dinlərarası birgə yaşayışı təmin etmək üçün hər cür səy göstərməliyik”, - Merkel bildirib.

Qeyd edək ki, Almaniyanın Daxili İşlər naziri Horst Şehofer ölkəsində islama yer olmadığını açıqlamışdı.