Ukraynadan ŞOK qərar: Ruslar seçkiyə buraxılmır

17 Mart 2018 00:02 (UTC+04:00)

Ukrayna hərbçiləri martın 18-də Rusiya diplomatik nümayəndəliklərinə səsvermə üçün gələn rusiyalıları buraxmayacaq. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər naziri Arsen Avakovun bəyanatında deyilib.

Bəyanatda bildirilib ki, Krım böhranından dolayı Ukrayna hakimiyyəti Rusiyadakı seçkiləri qanunsuz sayır və bu səbəbdən ölkə ərazisində rusiyalıların səsvermədə iştirakını qadağan etmək qərarına gəlib:

“Ukrayna Milli qvardiyası və polis Rusiya diplomatik nümayəndəliklərini qoruyacaq. Nümayəndəliklərə yalnız diplomatik statusu olan şəxslər buraxılacaq. Digərlərinin girişi qadağan ediləcək. Ukrayna DİN Rusiya vətəndaşlarına və diplomatlarına çağırış edərək, provokasiya yaratmamağı və qanuna tabe olmalarını istəyib”.

Qərara münasibət bildirən Rusiya Seçki Kommisiyasının rəhbəri Vladimir Cabarov bunun qanunsuz olduğunu bildirib və ölkəsinin BMT TŞ-də bununla bağlı iddia qaldıra biləcəyini vurğulayıb.