Natalya Poklonskaya: "Mən ki Ukrayna üçün yad biri deyiləm!”

16 Mart 2018 20:03 (UTC+04:00)

Kiyev hakimiyyəti cinayətkar rejimlə razılaşmayan və həqiqəti söyləyən hər kəsi satqın adlandırır. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı, Krımın keçmiş prokuroru Natalya Poklonskaya nadejda Savçenko olayına münasibətində deyib. “Ukraynada həqiqəti deyən, vətənini müdafiə edən, əsl Ukraynanı qoruyan hər kəsi satqın adlandırırlar. Mən Ukraynanı çox sevirəm.

Bura möhtəşəm mədəniyyət, ənənələr və ortaq inancın olduğu gözəl bir ölkədir. Mənim üçün yad yer deyil və Ukraynanı sevdiyimi demək üçün haqqım var, ancaq əsl, mehriban Ukraynanı. Mən ki Ukrayna üçün yad biri deyiləm!” - Poklonskaya bildirib.