Әfqanıstanın şәrqindә hәrbi mәntәqәyә hücum edәn Taliban silahlıları ilә tәhlükәsizlik qüvvәlәri arasında yaranan atışmada 50 silahlı hәlak edilib, 5 NATO әsgәri isә yaralanıb.
SİA-nın məlumatına görə NATO-nun açıqlamasında bildirilir ki, Taliban silahlıları Paktika vilayәtinin Bermal bölgәsindәki mәntәqәyә 4 tәrәfdәn hücum ediblәr.
Açıqlamada bildirilib ki, bölgәdәki bütün NATO qüvvәlәri hadisә ilә bağlı sәfәrbәr olunub. Hücum zamanı silahlılara havadan da müdaxilә edilib.