"Biz hamımız sülh, tolerantlıq istəyirik"

15 Mart 2018 15:25 (UTC+04:00)

"Qlobal Bakı Forumu hər il əhəmiyyətini daha da artırır və dünya qarşısında duran çağırışlar ilə bağlı mühüm müzakirələrin keçirildiyi bir platformaya çevrilib". SİA-nın verdiyi məlumata görə, bunu Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev deyib.

Onun sözlərinə görə, forum keçmiş və hazırki prezidentlərin, hökumət başçılarının, dünyanın tanınmış siyasətçilərinin və siyasi ekspertlərin bir araya gəlməsi və mühüm əhəmiyyət kəsb edən beynəlxalq məsələlərin müzakirəsi üçün çox gözəl imkanlar yaradır.

R. Plevneliev forumda iştirak etməkdən şad olduğunu bildirib.

Sabiq prezidenti qeyd edib ki, dünyada mövcud olan problemlərin həlli üçün onların mütləq müzakirəsi aparılmalıdır: "Bu gün problemləri müzakirə etməli və onların həlli yollarını tapmalıyıq. Biz hamımız sülh, tolerantlıq istəyirik. Bu baxımdan qlobal forum çox vacib məkandır".